Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ANS ŞİRKƏTLƏR QRUPUNUN VƏ ÇİNGİZ MUSTAFAYEV ADINA FONDUN TƏSİS ETDİYİ “2004-CÜ İLİN ADAMI” MÜKAFATI TƏQDİM OLUNMUŞDUR

Yanvarın 17-də “Hyatt Recensi-Naxçıvan” hotelində 2002-2004-cü illərdə Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləmiş Toşiyuki Fucivaraya ANS şirkətlər qrupunun və Çingiz Mustafayev adına Fondun təsis etdiyi “2004-cü ilin adamı” mükafatının təqdim olunması mərasimi keçirilmişdir.

Mərasimi ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev açaraq dedi ki, ənənəyə görə bu mükafata Azərbaycan xalqı və dövləti qarşısında görkəmli xidmətləri olan və ilk növbədə, əməlləri ilə vətənpərvərlik ideyaları aşılayan şəxslər layiq görülürlər. İndiyədək bu mükafat iki dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevə, habelə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edilmişdir. Fond və şirkətlər qrupu ilk dəfədir “peşəkarların vətəni olmur, peşəsi olur” prinsipinə əsaslanmışdır. Yəni öz işini yüksək səviyyədə yerinə yetirən peşəkar harada doğulmasından asılı olmayaraq, həm öz ölkəsinin, həm də çalışdığı dövlətin vətənpərvərinə çevrilir.

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirdi ki, 2002-2004-cü illərdə Yaponiyanın ölkəmizdəki səfiri olmuş Toşiyuki Fucivara özünün Azərbaycanpərvər xidməti ilə seçilmişdir. Biz “peşəkarların vətəni olmur, peşəsi olur” deyəndə cənab səfir kimi insanları nəzərdə tuturuq. Cəmi 2 il 4 ay Azərbaycanda səfir olmuş bu insan öz işi və əldə etdiyi sanballı nəticələrlə bizə sübut etdi ki, harada çalışmasından asılı olmayaraq, vəzifəsinin öhdəsindən dəqiq və vicdanla gələn şəxs təkcə mənsub olduğu dövlətin yox, həm də çalışdığı ölkənin ən vətənpərvər insanı ola bilər. O, Azərbaycanda çalışdığı müddətdə bizə başa saldı ki, Yaponiyada rəsmi olaraq güc strukturu deyəndə niyə məhz təhsil və mədəniyyət nazirlikləri nəzərdə tutulur. Cənab Fucivara Bakıda fəaliyyət göstərərkən peşəsinə və təmsil etdiyi dövlətin şərəfi naminə ölkəmizin qayğıları və problemləri ilə birbaşa maraqlandı, Azərbaycanın bir sıra mühüm dövlət strukturları ilə sıx təmasda oldu, respublikamızın maddi və mənəvi dirçəlişi üçün əlindən gələni etdi. Belə ki, onun fəaliyyəti Bakıda, bölgələrdə doğum və körpələr evlərinin tibbi avadanlıqla təchizatından dövlət simfonik orkestri üçün musiqi alətlərinin alınmasına, ərzaq məhsulları istehsalının artırılmasından “Ot kökləri və insan təhlükəsizliyi” layihəsinədək geniş bir sahəni əhatə edir.

Onun Bakıda, Xaçmazda, Əli Bayramlıda, Sumqayıtda, Şəkidə, Astara, İsmayıllı, Ağdam, Bərdə, Beyləqan, Gədəbəy, Saatlı, Zərdab, Yardımlı, Qax, Göyçay, Qusar, Lerik və Salyan rayonlarında onlarca məktəbin tikintisi, təmiri, istilik və su sistemlərinin yenidən qurulması, səhiyyə, mədəniyyət ocaqlarına qayğı, uşaq evlərinin təmiri, məcburi köçkün qəsəbələrinin elektrik təchizatının yaxşılaşdırılması sahəsində fəaliyyətini və digər xoşməramlı işlərini sadalamaq kifayətdir. O, səfir işlədiyi dövrdə Azərbaycanda 15 məktəb tikdirdi, 8 məktəbi isə yenidən təmir etdirdi və avadanlıqla təmin etdi. Bütün bu xidmətləri qiymətləndirən Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu Yaponiyanın ən böyük “azərbaycanlısını” – cənab Toşiyuki Fucivaranı “2004-cü ilin adamı” elan etmişdir.

Vahid Mustafayev cənab Toşiyuki Fucivaraya “2004-cü ilin adamı” elan edilməsi barədə xüsusi diplomu, 10 milyon manat pul mükafatını və qızıl saat təqdim etdi.

Sonra səfir Toşiyuki Fucivaranın Azərbaycanda gördüyü işlərdən bəhs edən videolent göstərildi.

Cənab Toşiyuki Fucivara onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə dərin minnətdarlığını bildirərək dedi ki, “2004-cü ilin adamı” adına layiq görülməyi özümə böyük şərəf bilir, həyatımın ən unudulmaz hadisəsi hesab edirəm. Bu adı almağım bir çoxlarının sayəsində mümkün olmuşdur. Çünki səfir işlədiyim vaxtlar Prezident başda olmaqla Azərbaycan hökumətinin və xalqının dəstəyini hər zaman hiss etmişəm. Bir mühüm məqam da odur ki, ANS kimi yayım şirkəti, digər telekanallar və başqa mətbuat orqanları məni Azərbaycan xalqının dostu kimi tanıtdılar, Azərbaycan və Yaponiyanın dostluğunu tərənnüm etdirdilər.

Diplomat bu mükafatı Yaponiya hökuməti və xalqının Azərbaycana bəslədiyi səmimi dostluq və tərəfdaşlıq münasibətinə, habelə səfirliyin işçilərinin zəhmətinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Həyatının 40 ilini diplomatiya sahəsində çalışdığını və keçən ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən ”Şöhrət” ordeni ilə təltif olunduğunu da xatırladan cənab Toşiyuki Fucivara dedi ki, ürəyim həmişə Azərbaycanladır. Bu ilin aprel ayından Yaponiya Xarici İşlər Nazirliyinin tədqiqatlar mərkəzi olan Yaponiya Beynəlxalq Məsələləri Araşdırmalar İnstitutunda icraçı direktor vəzifəsində çalışacağam və Azərbaycanla əlaqələrimi davam etdirəcəyəm. İnanıram ki, ölkələrimiz arasında mövcud olan əlaqələri indiki səfir Tadahiro Abe uğurla davam və inkişaf etdirəcək, xoş münasibətləri daha yüksək səviyyəyə çatdıracaqdır. Arzum budur ki, Azərbaycan daha yüksək inkişafa nail olsun, xalqın rifahı daha da artsın.

Səfir ona verilən 10 milyon manat pul mükafatını Azərbaycanın qaçqın və məcburi köçkünlərinə bağışladı.

X X X

Mərasimdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov, deputatlar, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb