İQTİSADİYYAT


ANTALYADA ƏLİL QADINLARIN BEYNƏLXALQ GÖZƏLLİK MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR

Bakı, 28 fevral (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirmişlər ki, əlillərin cəmiyyətə fəal inteqrasiyası, onların müxtəlif sahələrdə digər insanlar kimi uğur qazana bilmək əzminin nümayiş etdirilməsi məqsədilə 2008-ci il mayın 13-də ilk dəfə olaraq Türkiyədə əlil qadınların gözəllik müsabiqəsi təşkil edilmişdir.

Bu tədbirin davamı kimi Beynəlxalq Əlillər Fondunun təşkilatçılığı ilə cari il martın 9-da Türkiyənin Antalya şəhərində əlil qadınların beynəlxalq gözəllik müsabiqəsi keçiriləcəkdir. Dünyanın 50 ölkəsinin nümayəndələrinin iştirak edəcəyi müsabiqədə Azərbaycan II qrup əlillər - 25 yaşlı Aygül Məmmədova və 19 yaşlı Bahar Şıxəliyeva ilə təmsil olunacaqdır.

Azərbaycan gözəlləri martın 1-də Türkiyəyə yola düşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.