DÜNYA
ANTE QOTOVİNA ÖZÜNÜ TƏQSİRLİ BİLMİR
AZƏRTAC “AvroNyus” agentliyinə istinadla xəbər verir ki, Xorvatiya generalı Ante Qotovina BMT Beynəlxalq Tribunalının keçmiş Yuqoslaviya ilə əlaqədar ona qarşı irəli sürdüyü hərbi cinayətlərdə özünü təqsirli bilmir. O, hakimin hərbi cinayətlər törətməkdə - irqi və dini əlamətlərə görə təqiblərdə, zor gücünə deportasiyalarda, şəxsi və ictimai əmlakın qarətində, şəhərlərin və kəndlərin qəsdən viran qoyulmasında, dinc sakinlərə zor tətbiqində, işgəncələr verilməsində və onların qətlə yetirilməsində təqsiri olduğunu boynuna almır.
Xatırladaq ki, 1995-ci ildə serblərin kütləvi surətdə qətlə yetirilməsində təqsirli bilinən general uzun müddət ədalət məhkəməsindən gizlənmiş, yalnız ötən həftə İspaniya xüsusi xidmət idarələrinin əməkdaşları tərəfindən Kanar adalarında həbsə alınmışdır.
Ante Qotovina öz vətənində Yuqoslaviya əsarətindən qurtulmaq uğrunda müharibənin qəhrəmanlarından biri sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]