DÜNYA
ƏN BAHALI KİNOTEATRA BİLETLƏRİ SƏUDİYYƏ ƏRƏBİSTANINDA SATILIR
Buna baxmayaraq, səudiyyəlilər, xüsusilə gənclər böyük ekranın sehri qarşısında davam gətirə bilmirlər. Sürücülük vəsiqəsi alan kimi Bəhreynə, kinoteatrda kinoya baxmağa tələsirlər.
Kinematoqraf krallıqda ilk addımlarını atır. Səudiyyə Ərəbistanında çəkilən ilk “Kino 500 km” sənədli filmi də elə bu cür “kino səfərlərindən” bəhs edir.
Bu yaxınlarda isə ölkədə ilk təcrübi bədii filmi çəkilmişdir. Komediya janrında çəkilmiş və “İşlər necədir?” adlanan filmdə mötədil və radikal müsəlmanların qarşıdurmasından danışılır. Filmin rejissoru Səudiyyə əsilli kanadalıdır, ssenarini isə livanlı və misirli yazmışlar. Filmin yaradılmasında səudiyyəli qadın-rejissor, “Kölgəsiz qadınlar” sənədli filminin müəllifi də iştirak etmişdir.
Səudiyyəli mühafizəkarlar kinoya “Qərbin pozucu silahı” kimi baxırlar. Filmlərin kütləvi nümayişi krallıqda 20 il əvvəl, könüllü dini polisin təşəbbüsü ilə qadağan edilmişdir. O vaxtdan ölkədə bütün kinoteatrlar bağlanmışdır.
Bu il nisbətən mülayimləşmə hiss olunur. Ər-Riyadda animasiya teatrı açılmışdır. Burada ərəb dilinə tərcümə olunmuş xarici cizgi filmləri göstərilir.
Lakin “böyük kino” hələ də qadağan edilmişdir. Krallıqda kinoteatrları qadağan edən qanun olmasa da, klerikalların qorxusunda bu işlə məşğul olan tapılmır.