İQTİSADİYYAT
ƏN KEYFİYYƏTLİ MƏHSULLAR QIZIL MEDALAVƏ SERTİFİKATA LAYİQ GÖRÜLƏCƏK
Mayın 13-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində II Qənnadı məhsulları və alkoqolsuz içkilərin peşəkar dequstasiyası keçiriləcəkdir.
İnterFood Azerbaijan sərgisinin meneceri Kamilla Qareva AZƏRTAC-ın müxbirinə demişdir ki, “İnterFood Azerbaijan-2004. Keyfiyyət ənənələri” adlı bu tədbir kompleksdə açılmış Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində keçiriləcəkdir. Məqsəd məhsulların keyfiyyətinin daha da yaxşılaşdırılmasına nail olmaq və ölkə bazarına rəqabətqabiliyyətli mallar cəlb etməkdir. Məhsullara Azərbaycan Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun sədrlik etdiyi dequstasiya komissiyası qiymət verəcəkdir. Bu il ilk dəfə limonad və süd məhsullarının dequstasiyası keçiriləcəkdir.
Qalib sayılan məhsul “Ən keyfiyyətli məhsul” qızıl medalına və sertifikata layiq görüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:07]
® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib
- 24.04.2024 [12:01]
Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb
- 24.04.2024 [11:54]