ELM VƏ TƏHSİL
ƏN LAYİQLİ NAMİZƏDƏ SƏS VERƏCƏYİK BU SÖZLƏR DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNDƏ KEÇİRİLMİŞ YIĞINCAQDA SƏSLƏNMİŞDİR
Universitetin rektoru, professor Bəhlul Ağayev yığıncağı açaraq müstəqil Azərbaycan dövlətinin yaranmasında və inkişafında dünya şöhrətli siyasi xadim, Prezident Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışdır. Natiq qarşıdan gələn prezident seçkilərində xalqımızın düzgün seçim edəcəyinə, beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artıran, onun müstəqilliyini əbədiləşdirən namizədə səs verəcəyinə inamını bildirmişdir.
Akademiklər Bəkir Nəbiyev, Asəf Nadirov, Əli Abbasov, Əhliman Əmiraslanov və başqaları Azərbaycan Prezidentinin daxili və xarici siyasətində uğurlardan bəhs etmişlər.
Son 10 ildə respublikamızın iqtisadiyyatının, elm və mədəniyyətinin, təhsilinin inkişafında əldə olunmuş nailiyyətlərdən geniş söhbət açan natiqlər əminliklə vurğulamışlar ki, xalqımız haqqı-ədaləti müdafiə etməyi bacarır, ümummilli məsələlərin həllində kimin önəmli rolu olduğunu yaxşı bilir.
Digər çıxış edənlər də seçkilərdə fəal iştirak edəcəklərini, ölkəmizi işıqlı sabaha aparan namizədə səs verəcəklərini söylədilər.