İQTİSADİYYAT


A.Novak: Neft bazarı pandemiyadan əvvəlki vəziyyətinə qayıdıb

Moskva, 3 avqust, AZƏRTAC

Neft bazarı pandemiyadan əvvəlki vəziyyətinə qayıdıb.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında söyləyib. Onun fikrincə, OPEK+ təşkilatının sentyabrda neft hasilatını sutkada 100 min barelə çatdırmaq qərarı artan tələbatı təmin etməyə yönəlib. Rusiya rəsmisi hazırda aviasiya uçuşlarının 2020-ci ilin apreli ilə müqayisədə 23 faiz artığını vurğulayıb.

Eyni zamanda, A.Novak neft bazarında qeyri-müəyyənliyin də mövcudluğunu istisna etməyib. Belə ki, COVID-19 virusunun yenidən yayılması ilə əlaqədar mümkün karantin riski hələ də qalır, üstəlik, Rusiya neft sahəsinə tətbiq edilmiş sanksiyalara görə logistik problemlər də yaşanmaqdadır.

A.Novak OPEK+ təşkilatı üzvlərinin hər ay görüş keçirəcəklərini diqqətə çatdırıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.