İDMAN


AOK-un 47-ci Baş Assambleyasında Bakının XV Avropa Olimpiya Gənclər Festivalına hazırlığı barədə məlumat verilib

Bakı, 10 noyabr, AZƏRTAC 

Noyabrın 10-da İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 47-ci Baş Assambleyası işə başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov gələn il iyulun 20-28-də Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalına hazırlığına dair təqdimatla çıxış edib. Nazir bildirib ki, yarışlarda iştirak edəcək 3600 idmançının yerləşməsi üçün Atletlər kəndində altı bina nəzərdə tutulub. Atletlərin idmanın 10 növü - atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis və voleybol üzrə mübarizə aparacaqlarını qeyd edən nazir yarışların 12 arenada keçiriləcəyini diqqətə çatdırıb. Azad Rəhimov festivala Avropanın 50 ölkəsinin qatılacağını bildirərək, 48 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştiraklarını təsdiqlədiklərini vurğulayıb.

İdman yarışlarının təşkilində mühüm rol oynayan könüllülər haqqında da məlumat verən nazir bu festivala hazırlıq işinə 2500 nəfərin cəlb olunacağını bildirib.

Təqdimat mərasimindən sonra iştirakçıların sualları cavablandırılıb.

AOK-un 47-ci Baş Assambleyasına noyabrın 11-də yekun vurulacaq.

Qeyd edək ki, “Bakı-2019”un açılış mərasimi gələn il iyulun 21-də “Baku Crystal Hall”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.