DÜNYA
APEC ölkələrinin ticarət nazirləri ikigünlük müzakirələrə toplaşıblar
Tokio, 25 may, AZƏRTAC
Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) ticarət nazirləri Papua-Yeni Qvineyanın paytaxtında Port-Morsbi şəhərində müzakirələrə toplaşıblar.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, toplantıda çoxtərəfli azad ticarət danışıqlarına üstünlük veriləcək. Bu, həm də ABŞ Prezidenti Donald Trampın ikitərəfli əməkdaşlığın əhəmiyyəti barədə addımına cavab olacaq.
Yaponiya, ABŞ, Çin və Sakit okeanın daha 18 iqtisadiyyatının təmsil olunduğu toplantı iki gün davam edəcək. Yaponiyanı bu tədbirdə ticarət naziri Koşaburo Nişime təmsil edir.
Tədbirin açılışında çıxış edən Papua-Yeni Qvineyanın xarici işlər və ticarət naziri APEC regionunda azad ticarətin mövcud olduğu nəhəng birliyin yaradılmasına çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]