İDMAN


APOEL klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 10 dekabr, AZƏRTAC

UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL klubunun baş məşqçisi Tomas Doll istefa verib.

AZƏRTAC xəbər verir ki, 53 yaşlı almaniyalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Baş məşqçi postunun səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya həvalə olunub.

Baş məşqçinin istefa səbəbi APOEL-in ölkə çempionatının sonuncu turunda Nikosiyanın “Olimpiakos” klubuna 0:2 hesabı ilə uduzması olub.

APOEL Tomas Dollun rəhbərliyi altında UEFA Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Komanda Avroliqada “Qarabağ”la Bakıdakı oyunda heç-heçə (2:2) edib, evdə qalib (2:1) gəlib. APOEL Kipr çempionatında isə 18 xalla 4-cüdür.

Xatırladaq ki, T.Doll cari ilin avqustundan Nikosiya təmsilçisini çalışdırırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.