CƏMİYYƏT


APRELİN AYRI-AYRI GÜNLƏRİNDƏ 25 DƏRƏCƏ İSTİ GÖZLƏNİLİR

Apreldə havalar qeyri-sabit keçəcəkdir. Temperaturun normaya yaxın olacağı gözlənilir. Ayrı-ayrı günlərdə 20-25 dərəcə isti olacaqdır. Yağıntının səviyyəsi normaya yaxınlaşacaq, dağlıq və dağətəyi rayonlarda, habelə bəzi cənub rayonlarında isə normadan aşağı düşəcəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, aprelin birinci ongünlüyündə və ikinci ongünlüyün əvvəllərində havanın qeyri-sabit keçəcəyi, leysan yağışları gözlənilir, dağlıq yerlərdə isə sulu qar yağacaqdır. Respublikamızın ərazisindən soyuq hava kütlələrinin keçməsi ilə əlaqədar, ayrı-ayrı günlərdə saniyədə 15-20 metr sürətlə qərb və şimal-qərb küləyi əsəcəyi, tufan olacağı, qərb rayonlarının bəzilərində dolu düşəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 11-12 dərəcə (gecə 5-7 dərəcə, gündüz 15-18 dərəcə, ayrı-ayrı günlərdə 23 dərəcə, qeyri-sabit hava şəraitində isə 10 dərəcə isti) olacaqdır. Yağıntının səviyyəsi iqlim norması həddində (22-33 mm) gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.