REGİONLAR


AQRAR İSLAHATLAR BƏHRƏSİNİ VERİR

Ağdaş rayonunda aparılan aqrar islahatlar başa çatmış, rayon üzrə 29 min hektar əkinə yararlı sahə 56 min 700 nəfər şəxsin mülkiyyətinə verilmişdir. Hər ailəyə orta hesabla 2,31 hektar torpaq sahəsi düşmüşdür. 31 milyard manat həcmində əmlak da payçılar arasında bölünmüşdür. 372 ədəd yük avtomobili, 601 traktor, 23 pambıqyığan maşın və 105 taxılbiçən kombayn kəndlilərin xüsusi mülkiyyətinə verilmişdir. Torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması 92 faiz olmuş, bütün əsas göstəricilər üzrə məhsul istehsalı artmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.