REGİONLAR


AQRAR İSLAHATLAR ÖZ BƏHRƏSİNİ VERİR

Gədəbəydə son illər aparılan aqrar islahatlar taxılçılıqda və heyvandarlıqda uğurlu irəliləyişlərə səbəb olmuşdur. Bundan ruhlanan kənd adamları əkin sahələrini genişləndirərək bu il 12 min 655 hektarda kartof, 565 hektarda buğda, 1500 hektarda isə qarğıdalı yetişdirmişlər.

Rayon icra hakimiyyətində müxbirimizə bildirmişlər ki, ilin yağmurlu keçməsi məhsuldarlığa müsbət təsir göstərmişdir. Əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artması heyvandarlığın da inkişafına səbəb olmuşdur. Hazırda rayonda 200 min baş davar, 57 min baş qaramal bəslənilir ki, bu da ötən illərlə müqayisədə xeyli çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.