İQTİSADİYYAT
AQRAR SAHƏ İNKİŞAF EDİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində İsmayıllı rayonunda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar bölmə sürətlə inkişaf edir. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, inkişaf bütün sahələrdə - həm bitkiçilikdə, həm də heyvandarlıqda dinamik artımla müşayiət olunur. Keçən il taxılçılıq sahəsində rekord göstərici qazanılmışdır. Zəmilərdən 72,2 min ton məhsul götürülmüşdür ki, bu da inişilkindən 1,9 min ton çoxdur. Kartof, tərəvəz istehsalı da xeyli çoxalmışdır. Ötən il bağlardan 7418 ton meyvə yığılmış, üzüm tədarükü 3902,7 tona çatmışdır.
Heyvandarlıqda da uğurlu nəticələr qazanılmışdır. Qaramalın sayı 52 min 343 başa, davarların sayı isə 178 min 457 başa çatmışdır. Ət, süd, yun və yumurta istehsalında da xeyli artım əldə edilmişdir.
2005-ci ildə aqrar bölmədə, ümumilikdə, 26,9 milyon manatlıq (AZN) kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu, inişilkindən 12,5 faiz çoxdur.