İQTİSADİYYAT


AQSİA ilə Özbəkistanın “Sahibkar Qadınlar Klubu” arasında memorandum imzalanıb

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Agentliyi (AQSİA) ilə Özbəkistanın Gender Bərabərliyi və Ailə Cəmiyyətində Qadınların Rolunun Artırılması üzrə Respublika Komissiyası yanında “Sahibkar Qadınlar Klubu” ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədi AQSİA-nın sədri Səkinə Babayeva və “Sahibkar Qadınlar Klubu”nun sədri Məmləkət Sadıqova imzalayıblar.

Qeyd edək ki, imzalanma Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayevanın ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə iyunun 29-da Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu çərçivəsində baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.