İQTİSADİYYAT


AQSİA-nın nümayəndə heyəti Tatarıstanda forumda iştirak edib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndə heyəti Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən “Rusiya-İslam dünyası: Kazan Forum 2023” beynəlxalq iqtisadi forumda iştirak edib.

Bu barədə AZƏRTAC-a AQSİA-dan bildirilib.

Məlumata əsasən, Tatarıstan Respublikasının Dövlət Şurasının təşkilatçılığı ilə keçirilən, "İnternational Consultancy" şirkətinin baş direktoru Zəhra Xəlil Bakerin moderatorluq etdiyi "Sahibkar Qadınlar: Ailə və Biznes Balansı" adlı panel iclasında AQSİA-nın sədri Səkinə Babayeva çıxış edib. O, iclasda rəhbərlik etdiyi assosiasiya və qurumun əməkdaşlıq etdiyi yerli və beynəlxalq təşkilatlar barədə geniş məlumat verib.

S.Babayeva ölkəmizdə dövlətin qadın sahibkarlığına dəstəyi və qadınlara yönələn layihələr barədə söz açaraq, gündən-günə inkişaf edən assosiasiyanın həm regional, həm də beynəlxalq tərəfdaşlarla yeni iş birliyinə hazırlaşdığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.