İQTİSADİYYAT


AQSİA-nın üzvü olan xanım sahibkarlar yaponiyalı həmkarları ilə görüşüblər

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü olan xanım sahibkarların Yaponiya iş xanımları ilə görüşü keçirilib.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva Yaponiyadan gələn iş xanımları ilə bağlı qısa məlumat verib. Vurğulayıb ki, yapon xanımların Azərbaycana səfərinin məqsədi öz brendlərinin ölkəmizdə və Azərbaycan üzərindən başqa türk, İslam ölkələrinə təqdim etmək və satışını təmin etməkdir: “Azərbaycanda araşdırma aparıb, investisiya mühitini öyrənmək məqsədilə TET Beynəlxalq Əməkdaşlıq şirkətinin vasitəsilə hazırda Azərbaycandadırlar. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığa töhfə vermək üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlıqda maraqlıdırlar”.

Daha sonra tədbirin xüsusi qonaqları, Azərbaycana səfər etmiş Yaponiyanın "Organic Halal VKSARA" kosmetik brendinin sahibləri Yumiko Nakano və Riqia Nakano çıxış ediblər. Yumiko Nakano bildirib ki, bu qədər xanımın bura toplanması həqiqətən də çox təqdirəlayiqdir və Azərbaycan xanımları çox gözəldirlər: “İlk dəfədir ki, Azərbaycana gəlirəm. Ölkənizin xanımlarının geyim tərzi, baxım məhsullarından istifadə mədəniyyəti məni valeh etdi. Azərbaycana ilk dəfə gəldiyim üçün bilmədiyim çox şey var. Bundan sonra mən onları sizlərdən öyrənəcəyəm. Düşünürəm ki, Azərbaycana yenə gələcəyəm. Hazırda biz öz brendimizi Azərbaycan xanımlarına tanıtmaq istəyirik”.

İşgüzar səhər yeməyindən sonra Yumiko Nakanonun qızı Riqia Nakano təqdim etdikləri brend məhsulu haqqında geniş məlumat verib. Daha sonra AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva assosiasiyanın adından qonaqlara hədiyyələr təqdim edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.