AQSİA nümayəndə heyəti ilə Şimali Kiprin sahibkar qadınları arasında müzakirələr aparılıb
AzerTAg.az
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri Şimali Kipr Türk Respublikasında səfərdədirlər.
Səfər çərçivəsində AQSİA ilə Girişimçi Qadınlar Dərnəyi (GİKAD) arasında görüş keçirilib. Görüşün əsas məqsədi iki dövlət arasında sahibkarlıq əlaqələrinin qurulması və genişləndirilməsi olub.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva və assosiasiyanın 22 üzvü, kiprli sahibkar qadınlar, həmçinin GİKAD İdarə Heyətinin sədri İçim Kavuklu iştirak ediblər.
İ.Kavuklu Şimali Kiprin tarixi, mədəniyyəti, təhsili, səhiyyəsi və qadın sahibkarlığı ilə bağlı geniş məlumat verib.
Tədbirə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi də qatılıb. Agentliyin təmsilçisi Nigar Ağakişiyeva “Ananın yaylığı” adlı layihəni tədbir iştirakçılarına təqdim edib.
Sonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, azərbaycanlı professor Aygün Attarın 44 günlük müharibə ilə bağlı ərsəyə gətirdiyi “Qarabağın Zəfəri” adlı kitabı GİKAD arxivinə hədiyyə edilib.


Xəbərin mətnində orfoqrafik səhv var