HEYDƏR ƏLİYEV - 100
AQSİA nümayəndələri “Ürəyimdəki Azərbaycan” adlı fotosərgidə iştirak ediblər

Bakı, 5 iyun, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Tevfik Ulualın “Ürəyimdəki Azərbaycan” adlı fotosərgisi keçirilib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, sərgidə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, bir sıra ictimaiyyət nümayəndələri üzvləri və hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, ötən il assosiasiya ilə Şimali Kipr Türk Cümhuriyyətinin Girişimci Kadınlar Derneği əməkdaşlığa və gələcək birgə layihələrin işlənməsinə dair memorandum imzalanıb.