CƏMİYYƏT


AQTA İranda fəaliyyət göstərən müəssisənin qiymətləndirməsini aparıb, imtina cavabı verib

AQTA İranda fəaliyyət göstərən müəssisənin qiymətləndirməsini aparıb, imtina cavabı verib

Bakı, 24 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə mayın 15-də İran İslam Respublikasının Bəndər Türkmən şəhərində yerləşən “Kianian Shamal” quş ayağının emalı müəssisəsinin vizualizasiya yolu ilə qiymətləndirilməsi həyata keçirilib.

Vizual baxış zamanı müəssisədə qida obyektlərinə dair gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün “Kianian Shamal” müəssisəsinə təsdiqdən imtina verilib. Həmçinin həmin müəssisədə istehsal olunan məhsulların ölkəmizə idxalının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, qida və yem məhsullarının Azərbaycanın gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında agentlik tərəfindən təsdiq edilməlidir. Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.