CƏMİYYƏT


AQTA: Məhsulların izlənməsinə imkan verən sistemlərin mövcudluğu qanunsuz ticarətin qarşısını almağa köməklik göstərəcək

Bakı, 6 may, AZƏRTAC

Ötən gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsində Azərbaycanda qida təhlükəsizliyinə nəzarət sistemində rəqəmsal həllərin və müasir innovasiyaların tətbiqi istiqamətində mühüm yeniliklər öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Gələcəyə Baxış: Rəqəmsal Kənd Təsərrüfatına Keçid Beynəlxalq Konfransı”nda deyib.

“Məhsulların izlənilməsi bu istiqamətdə atılan mütərəqqi addımlardan biridir. İzləmə sistemləri və prosedurları tədarük edilən xammaldan hazır məhsulun buraxılışınadək ardıcıllığı müəyyən etməyə, qida biznesi subyektinə qəbul edilən qida və yem məhsullarının birbaşa təchizatçısını, qida biznesi subyekti tərəfindən göndərilən qida və yem məhsullarının birbaşa alıcısını müəyyənləşdirməyə, bu məlumatları mümkün qısa zaman ərzində Agentliyə təqdim etməyə, həmçinin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərində hər hansı uyğunsuzluq aşkarlanan qidaların izlənilməsi yolu ilə onların ilkin mənbəyinin aşkarlanmasına imkan verəcək. Bundan əlavə, məhsulların izlənməsinə imkan verən sistemlərin mövcudluğu qanunsuz ticarətin və saxtalaşdırılmanın qarşısını almağa, həmçinin ölkələr arasında tədarükün şəffaflığının təmininə köməklik göstərəcək”, - deyə Qoşqar Təhməzli bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.