CƏMİYYƏT


AQTA Rusiyaya məhsul ixrac etmək istəyən pomidor istehsalı müəssisələri ilə bağlı elan verib

Bakı, 18 may, AZƏRTAC

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisində fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

AQTA-dan AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən bu ölkəyə məhsul ixracına icazə verilib. Hazırda yeni müəssisələrin icazəsinin alınması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Bakıda və ölkəmizin digər regionlarında fəaliyyət göstərən müasir, beynəlxalq standartlara uyğun olan və Rusiyaya məhsul ixrac etmək istəyən yeni fəaliyyətə başlamış pomidor istehsalı müəssisələrinin AQTA-ya müraciət etmələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185b, (Metronun “Koroğlu” stansiyasının yaxınlığı. Tel.: (012) 565-12-72 (daxili 238). E-poçt: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.