CƏMİYYƏT


AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində Nizami rayonunda yerləşən 229 saylı orta məktəbdə olublar.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ilk olaraq məktəblilərə bu qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”, “Qida məhsullarında etiket qaydaları” mövzularında videoçarxlar təqdim olunub. Bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin əhəmiyyətindən danışılıb.

Sonra agentlik əməkdaşları tərəfindən “Qida məhsulları alarkən nələrə diqqət etməli” mövzusunda təqdimat şagirdlərə nümayiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Qida əlavələri”, “Meyvə-tərəvəzin dezinfeksiyası”, “Qida zəhərlənmələri” kimi mövzularda şagirdlərlə fikir

mübadiləsi aparılıb. Sonda Agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə reallaşdırılır və cari ilin sonunadək Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.