CƏMİYYƏT


AQTA-da İranın “Muğan” əkinçilik, sənaye və heyvandarlıq şirkətinin nümayəndələri ilə görüş keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İran İslam Respublikasının Ərdəbil əyalətində fəaliyyət göstərən “Muğan” əkinçilik, sənaye və heyvandarlıq şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri, fitosanitar və baytarlıq karantin tələbləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, bitkiçilik və baytarlıq məhsullarının ölkəmizə idxalı və ixracı prosedurları haqqında məlumat verilib.

Sonda bitkiçilik məhsulları və heyvandarlığın inkişaf etdirilməsi istiqamətində maraq doğuran məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.