CƏMİYYƏT


AQTA dabaq xəstəliyi ilə bağlı xəbərdarlıq edib

Bakı, 16 yanvar, AZƏRTAC

Başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Primorsk vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Primorsk vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”.

Xəbərdarlıqda qeyd olunur ki, nəzarət tədbirlərinin gücləndirilməsi üçün agentlik tərəfindən Primorsk vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinə aidiyyətı üzrə müraciət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.