CƏMİYYƏT


AQTA əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetin tələbələri ilə görüşüb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) tələbələri ilə görüş keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, uyğun ixtisaslar üzrə təhsil almış məzunların işə qəbulu, onların potensialından səmərəli istifadə, habelə gənclərin məşğulluğunun təmin olunmasıdır.

Görüşdə agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev, şöbənin Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə, Bitki sağlamlığı şöbəsinin müdiri Taleh Şəmiyev və ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov iştirak ediblər.

Tədbirdə iştirakçılara AQTA sistemində işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında müvafiq məlumatlar verilib, habelə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”ya uyğun olaraq, dövlət qulluğunun yerlərdə təşviq edilməsi baxımından dövlət qulluğu sertifikatlarının əldə edilməsi qaydaları, vakant vəzifələrin tutulması şərtləri ilə əlaqədar geniş müzakirələr aparılıb.

Görüşdə Bitki sağlamlığı şöbəsinin müdiri Taleh Şəmiyev bitki mühafizəsi ixtisası üzrə təhsil alan tələbələrin sahəvi biliklərinin artırılması məqsədilə təlim keçib, iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.