CƏMİYYƏT


AQTA əməkdaşları Malayziyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Malayziya Respublikasında keçirilən “Qida, Kosmetik və Səhiyyə məhsulları istehsalında islami qaydalar və keyfiyyətli istehsal təcrübəsi (GMP)” təlimində iştirak ediblər.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, on ölkənin nümayəndə heyətinin iştirak etdiyi təlim proqramı Malayziya Texniki Əməkdaşlıq Korporasiyası və ölkənin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Təlimlərdə Malayziya hökumətinin təcrübəsi ilə bağlı nəzəri və praktiki məlumatlar verilib, “Qida, kosmetik və səhiyyə sənayesində keyfiyyətli istehsal təcrübəsi tələbləri, qanuni öhdəliklər”, “İstehsal müəssisələrinə qoyulan tələblər və onların şərhi”, “Halal sertifikatlaşdırılma və prinsipləri”, “Halal sertifikatlaşdırılmanın əsasları və akkreditasiya olunmuş yoxlayıcı orqanlar”, “Auditlərin aparılma qaydası” və “Xarici tərəfdaşlıq çərçivəsində İslami İnkişaf Departamentinin (JAKİM) akkreditasiya və sertifikatlaşdırma prosedurları” mövzularında müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılar müzakirə olunan məsələlərlə əlaqədar öz ölkələrində olan vəziyyətlə bağlı təqdimatlar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.