CƏMİYYƏT


AQTA əməkdaşları Turizm və Menecment Universitetinin tələbələrinə təlim keçiblər

Bakı, 23 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə “Qida təhlükəsizliyi” mövzusunda təlim keçiblər.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimdə tələbələrə qida təhlükəsizliyi ilə əlaqədar beynəlxalq təşkilatlar, qida məhsullarının təhlükəsizliyi, qida məhsullarının keyfiyyəti, qida zənciri anlayışı (ilkin istehsal emal, qablaşdırma, saxlama, daşınma və s.), qida məhsullarında təhlükəli amillər (bioloji, kimyəvi, fiziki), beynəlxalq qida təhlükəsizliyinin idarəetmə sistemləri və standartlar, istehlakçıların hüquqları və onların müdafiəsi haqqında geniş məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislərin öz təcrübələrini tələbələrlə bölüşməsini təmin etmək, bununla da tələbələrin bilik və bacarıqlarını artırmaqdır.

Təlim interaktiv şəkildə həyata keçirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.