CƏMİYYƏT


AQTA ictimai iaşə müəssisələrinin nümayəndələri üçün videokonfrans keçirəcək

Bakı, 30 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrinin nümayəndələri üçün Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərarının icrasının təmin olunmasına dair videokonfrans keçirəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfransda koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları, qida qəbulu zallarında oturacaqların ara məsafəsi, masalararası məsafə, qida qəbulu yerlərinin ümumi sahəsi və oturacaq yerlərinin sayını əks etdirən lövhələr barədə fikir mübadiləsi aparılacaq.

Agentlik ictimai iaşə müəssisələrinin nümayəndələrini avqustun 4-ü saat 16:30-da keçiriləcək videokonfransa dəvət edir. Videokonfransda iştirak etmək istəyənlər agentliyin (012) 377-00-77 (daxili: 170, 175, 214 ) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.