CƏMİYYƏT


AQTA ilə Türk Standartları İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu ilə görüşüb.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, görüşdə hər iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Agentliyin sədri qonağa Azərbaycanda yeni qida təhlükəsizliyi mexanizminin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

G.A.Yüzereroğlu bildirib ki, Türk Standartları İnstitutu məhsullar üçün standartların müəyyən edilməsi məqsədilə Türkiyənin müvafiq qanununa uyğun yaradılıb. İnstitut standartların hazırlanması, müvafiq standartlara uyğun məhsullara və şirkətlərə sertifikatların verilməsini həyata keçirir. Qurum, həmçinin standartlaşdırma sahəsində yüksək peşəkarlığa malik kadrların hazırlanması məqsədilə beynəlxalq təcrübəyə əsaslanan təlimlər təşkil edir.

Görüş çərçivəsində, həmçinin tərəflər sertifikatlaşdırma, kadr potensialının yaxşılaşdırılması kimi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.