CƏMİYYƏT


AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 23-də ölkə üzrə 442 ictimai iaşə obyektində 773 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən, fiziki şəxs Ceyhun Hüseynov Tariyel oğluna məxsus “Eldarado” restoranı; Bakı şəhəri, Nizami rayonu, Əliyev 16 ünvanında yerləşən, hüquqi şəxs "Resant group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Xaçapuri garden" restoranı; Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 2 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Rafiq Təvəkkül oğluna məxsus “İmperia bilard” kafesi; Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 29 ünvanında yerləşən, fiziki şəxs Kara İlhana məxsus kafe; Bakı şəhəri, Yasamal rayonu, G.İ.Həmidov 41 ünvanında yerləşən, fiziki şəxs Ağayev Nazim Fazil oğluna məxsus "Naringi" restoranı; Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli 33 ünvanında yerləşən, fiziki şəxs Əlili İsrafil Muğan oğluna məxsus restoran; Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. Füzuli küç. kəsişməsi, məhəllə 720 ünvanında yerləşən, fiziki şəxs İbadov Alim Nazim oğluna məxsus "Pak dad" kafesi; Bakı şəhəri, Nərimanov rayonu, Xətai pr. 15 ünvanında yerləşən, fiziki şəxs "M-R Group Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Golden Falcon Hotel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran; Sumqayıt şəhəri, Dənizkənarı bulvar ərazisində yerləşən, fiziki şəxs Məmmədov Zaur Voroşil oğluna məxsus "Port West" restoranı; İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Ağayev Azad Ağa oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində həyata keçirilən monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.