İQTİSADİYYAT


AQTA-nın əməkdaşı beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib

Bakı, 13 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib.

Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Məlumata əsasən, Paris şəhərində Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) 68-ci sessiyasında “Bitki sağlamlığında məsafədən zondlama” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları qlobal fitosanitar sahədə bir çox məsələləri müzakirə ediblər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini tədbirdə Bitki sağlamlığı və fitosanitar nəzarəti şöbəsinin müdiri Xəyalə Dadaşova təmsil edib. Agentliyin əməkdaşı təşkilatın Maliyyə Hesablarının Yoxlanılması Komissiyasının işçi qrupuna səs çoxluğu ilə 3 il müddətinə üzv seçilib.

Xatırladaq ki, respublikanın baş fitosanitar müfəttişi daha öncə Rusiya Federasiyasının Bıkovo şəhərində Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, o cümlədən Bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) ekspert qrupunun iclasının katibi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.