REGİONLAR
AQTA-nın əməkdaşları Aqrar Universitetin tələbələri ilə görüşüblər
Gəncə, 6 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsasən sonuncu kurs tələbələrinin iştirakı ilə keçirilən görüşün məqsədi tələbələrin agentlikdə könüllülük fəaliyyətinə cəlb olunması, kadr hazırlığı məsələləri, AQTA və təcrübə proqramları haqqında ümumi məlumat vermək olub.
Görüşdə ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, AQTA-nın Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev, Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə, Bitki sağlamlığı şöbəsinin müdiri Taleh Şəmiyev iştirak ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Günün ikinci yarısında AQTA-nın Bitki sağlamlığı şöbəsinin müdiri Taleh Şəmiyev “Bitki mühafizəsi” ixtisasının tələbələri üçün təlim keçib.