CƏMİYYƏT


AQTA-nın əməkdaşları Kodeks Alimentarius Komissiyasının sessiyasında iştirak ediblər

Bakı, 1 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Almaniyanın Berlin şəhərində keçirilən Kodeks Alimentarius Komissiyasının “Xüsusi pəhriz istifadəsi üçün qidalanma və qida məhsulları” üzrə komitəsinin 40-cı sessiyasında iştirak ediblər.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sessiyada 0-3, 3-6 yaş qruplarında olan uşaqların qidalarında qida əlavələri, vitamin, karbohidrat, zülal miqdarının müəyyənləşdirilməsi, həmin qida məhsullarının qablaşdırılması, adlandırılması və etiketlənməsi istiqamətində müzakirələr aparılıb.

Sessiyada istifadə üçün hazır müalicəvi qidaların tərkibinə dair standartlar və əlavələrin müəyyənləşdirilməsi, biofortifikasiyanın tərifinə dair, qida zəncirində omega-3 yağ turşusunun rolu, trans yağların azaldılması, qidalardan və qida əlavələrində probiotiklərin istifadəsi və müxtəlif qida profillərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb və həmin mövzularda qərarlar qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.