CƏMİYYƏT


AQTA qənd məhsulları ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması sahəsində monitorinqlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.

Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.

Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:

Məhsulun istehsalçısı

Məhsulun əmtəə nişanı

Məhsulun istehsal   tarixi

Qablaşdırmanın həcmi

1

“Şüvəlan şirniyyat” ASC

“Qidam” ağ qənd

01.03.2021

700 qr

“Abşeron” ağ qənd

19.11.2021

600 qr

“Bol” ağ qənd

27.01.2022

700 qr

“Yek dad” ağ qənd

21.02.2022

700 qr

“Bolqənd” xırda qənd

10.11.2021

150 qr

“Yek dad” xırda qənd

16.08.2021

150 qr

“Yek dad sweet as honey” qənd

01.11.2021

700 qr

“Yek dad sweet as honey” qənd

02.03.2022

1700 qr

“Bol qənd” kəllə qənd

21.02.2022

700 qr

“Abşeron qənd”

kəllə qənd

21.02.2022

100 qr

2

“Bolluq” MMC

“Bolluq” ağ qənd

23.12.2021

500 qr

“Bəyaz” ağ qənd

10.03.2022

600 qr

3

f/ş Nadirov Tofiq Həmid oğlu

“Əsl tam”

əla növ kəllə qənd

01.02.2022

700 qr

4

f/ş Kərimov Əfqan Bəhriş oğlu

 “Dişləmə” kəllə qənd

24.12.2021

700 qr

17.06.2022

09.02.2022

500 qr

18.06.2022

5

“Aysu Qida Sənaye LTD” MMC

“Umelaya xozyayka” qənd

13.01.2022

500 qr

6

“ŞAM-Fİ İnternational Trading Company” MMC

“Bizim aşçı” ağ qənd

21.02.2022

750 qr

7

“Əmin qida sənaye” MMC

“İlğım” ağ qənd

01.06.2021

800 qr

8

f/ş Qəmbərov Rauf Rəfi oğlu

“Kral” kəllə qənd

20.02.2022

5 kq

9

f/ş Rəhmanov Pənah Güləhməd oğlu

“Şipşirin” qənd

09.03.2022

700 qr

10

f/ş Novruzov Əbdulla Əmir oğlu

“Skazoçnaya tayqa” qənd

21.08.2021

5 kq

11

f/ş Babayev Nazim Səyyaf oğlu

“Əla keyfiyyətli” kəllə qənd

02.03.2022

150 qr

12

f/ş Bayramov T. 

“Göyçə” qənd

08.02.2021

150 qr

AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə həmin məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.