REGİONLAR


AQTA rəsmisi: Yaxın vaxtlarda Zaqatalada daha bir heyvan kəsimi məntəqəsi istifadəyə veriləcək

Zaqatala, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 2018-ci il 11 iyun tarixli Sərəncamına uyğun olaraq, bütün heyvan kəsimi prosesləri ixtisaslaşmış, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir. Ona görə də, qeyri-qanuni heyvan kəsimi fəaliyyəti və ət satışı ilə məşğul olan sahibkarlara tövsiyə edirik ki, yalnız müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etsinlər. Əks təqdirdə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən belələri barədə ciddi inzibati tədbirlər görüləcək.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində AQTA-nın Şəki Regional bölməsinin rəisi Murad Əsədov deyib.

Bölmə rəisi bildirib ki, belə kəsim məntəqələrinin yaradılmasında məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyətinin qarşısını almaqdır. Hazırda belə müasir kəsim məntəqələrindən biri də Şəki şəhərində fəaliyyət göstərir. Tezliklə Zaqatala rayonunun Aşağı Tala kəndində də müasir standartlara uyğun yeni heyvan kəsimi məntəqəsi istifadəyə veriləcək. Həmin məntəqədə tikinti-quraşdırma işləri artıq başa çatmaq üzrədir. Gələcəkdə bölgənin digər rayonlarında da belə kəsim məntəqələrinin yaradılması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.