CƏMİYYƏT
AQTA sahibkarlıq subyektlərində aparılan yoxlamaları davam etdirir
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 26-dan 30-dək agentliyin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 42 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar monitorinqlər zamanı ümumilikdə 32 müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş qida obyektləri haqqında məlumatı http://afsa.gov.az/az/media/news_details/3398 linki vasitəsilə almaq mümkündür.