CƏMİYYƏT


AQTA sədri Özbəkistanın Azərbaycandakı səfirinə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı məlumat verib

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanova Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı məlumat verib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qoşqar Təhməzli problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini səfirin diqqətinə çatdırıb. Agentlik sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə rayonlarına raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər dinc əhali arasında həlak olanlar, xəsarət alanlar barədə, həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində mülki obyektlər və yaşayış binalarına dəymiş ziyanla bağlı geniş məlumat verib.

Agentlik sədri 30 ildən bəri davam edən, ölkəmizin zorla cəlb olunduğu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün Özbəkistanın göstərdiyi dəstəyə görə səfir B.Aşrafxanova təşəkkür edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. B.Aşrafxanova ölkələrimiz arasında qida məhsullarının ticarət dövriyyəsinin artırılması məqsədilə qeyd edilən sahələrdə əməkdaşlığa dair saziş layihələrinin hazırlanaraq Özbəkistan tərəfinə göndərildiyi barədə məlumat verilib və səfir bu sahələrdə hüquqi çərçivənin yaradılmasında maraqlı olduqlarını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.