CƏMİYYƏT


AQTA və Rusiya Federasiyasının mütəxəssisləri istixanalarda birgə videomonitorinqlər keçiriblər

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 18-də həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Sabirabad rayonunda yerləşən “H and M Agro” MMC və Salyan rayonunda yerləşən “BVB Fermer Təsərrüfatı” MMC-yə məxsus pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər aparılıb.

Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.

Videomonitorinqlər ölkəmizin digər bölgələrindəki istixanalarda davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.