CƏMİYYƏT


AQTA və UNICEF arasında qida təhlükəsizliyinin təmin olunması üzrə fikir mübadiləsi aparılıb

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) UNICEF-in Səhiyyə üzrə Regional müşaviri Bazil Rodriges ilə görüş keçirilib.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı agentliyin sədr müavini Rüfət Rüstəmzadə UNICEF-in nümayəndə heyəti ilə beynəlxalq qurumun Azərbaycan üzrə 2021-2025-ci illər üçün növbəti "Ölkə üzrə Əməkdaşlıq Proqramı"na dair prioritet istiqamətlər barədə müzakirələr aparıb.

Görüş çərçivəsində tərəflər arasında qida təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə insanların sağlamlığının qorunması sahəsində əməkdaşlığın mümkün prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.