CƏMİYYƏT


AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın videobağlantı formatında növbəti iclası keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycan Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov İctimai Şuranın sədri, “Report” İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov sədrin müavini, “Qidalanma və Sağlamlıq" İctimai Birliyinin sədri İlqar Şamilov isə katib seçilib.

Şuranın gələcək fəaliyyəti və cari məsələlər haqqında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.