CƏMİYYƏT


AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 24-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC -a verilən məlumata görə, iclasda cari məsələlərin müzakirəsi ilə yanaşı, AQTA-nın həyata keçirdiyi bir sıra nəzarət tədbirləri, habelə vaxtı ötmüş qida məhsullarının satış şəbəkələrindən çıxarılması, məhv edilməsi prosesində AQTA yanında İctimai Şura üzvlərinin iştirakı və bununla bağlı agentlik rəhbərliyinə müraciət edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə pandemiya şəraitində kütləvi şənliklərin, toyların keçirilməsi, isti havalarda qida zəhərlənmələrindən qorunmaq və s. mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsi diqqətə çatdırılıb. Habelə, dönər satışı sahəsində normativ texniki sənədlərin tələbləri ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.