CƏMİYYƏT


AQTİ Qax Regional Bölməsi baytar həkim ixtisası üzrə peşəkar kadrları işə dəvət edir

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) baytar həkim ixtisası üzrə peşəkar kadrları Mərkəzi Baytarlıq Laboratoriyasının Qax Regional Bölməsində işə dəvət edir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, namizədlərdən baytar həkim ixtisası üzrə ali təhsil və iş təcrübəsi tələb olunur. Laboratoriya sahəsində azı 3 illik iş təcrübəsi olanlara üstünlük veriləcək. Bundan başqa, namizədlər AZS ISO/IEC 17025 standartının şərtlərini bilməlidirlər. Müraciət edənlərdən yüksək analitik düşünmə və analiz qabiliyyətinin olması, dəqiqlik və dürüstlük, komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq tələb olunur. Həmçinin idarəetmə bacarığına sahib olmalıdırlar.

İşə qəbul müsahibə əsasında aparılacaq. Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərinin mövzu hissəsində “Qax” yazmaqla [email protected] e-poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. Əlaqə nömrəsi: (+994 12) 377 00 20 (daxili: 530).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.