CƏMİYYƏT


AQTİ ilə Belarusun “Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi” dövlət müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Belarus Respublikasının “Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi” dövlət müəssisəsi arasında “Azərbaycan Respublikası ərazisində heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi sahəsində Anlaşma Memorandumu” imzalanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Memorandum tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi üzrə təcrübə və məlumat mübadiləsi, təcrübənin təşviqi məqsədilə mütəxəssislərin qarşılıqlı ziyarətləri ilə bağlı məsələləri əhatə edir.

Sənəddə Azərbaycan ərazisində heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi, eləcə də iki ölkə arasında informasiya sistemlərinin inteqrasiyası üzrə məsləhətləşmələrin aparılması və metodiki kömək göstərilməsi kimi istiqamətlər də əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.