AQTİ ilə İtaliyanın Milli Sağlamlıq İnstitutu arasında görüş keçirilib
AzerTAg.az
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə İtaliyanın Milli Sağlamlıq İnstitutu arasında videogörüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüş institutların fəaliyyəti ilə bağlı qarşılıqlı tanışlıq və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.
Görüşdə AQTİ-nin fəaliyyət istiqamətləri, o cümlədən aparılan elmi-praktiki araşdırmalar, tədqiqat işləri, laboratoriyaların iş prinsipləri və sair barədə ətraflı məlumat verilib. Sonra qarşı tərəf İtaliyanın Milli Sağlamlıq İnstitutunun fəaliyyətinə dair təqdimatla çıxış edib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Görüşdə AQTİ tərəfindən prioritet istiqamətlər nəzərə alınmaqla, əməkdaşlıq üçün maraqlı olan hədəflərin müəyyən edilməsi və İtaliyaya göndərilməsi barədə razılıq əldə olunub. Eyni zamanda, əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Xəbərin mətnində orfoqrafik səhv var