CƏMİYYƏT


AQTİ ilə Türkiyənin İzmir Katib Çələbi Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, həmçinin qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlar, xarici ölkələrin analoji qurumları, eləcə də elm müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətini davam etdirir.

Bu məqsədlə institutla Türkiyə Respublikası İzmir Katib Çələbi Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Memoranduma əsasən, tərəflər arasında balıq xəstəlikləri sahəsində prioritet məsələlərdə birgə elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq və həmin layihələrin nəticələrinin tətbiqi nəzərdə tutulur. Yaradılacaq ortaq işçi qrupu Anlaşma Memorandumu çərçivəsində hazırlanacaq elmi tədqiqat layihələrinin mövzu və məzmununu da müəyyən edəcək.

Bilik və təcrübə mübadiləsi çərçivəsində ölkəmizdə balıqçılıq sahəsindəki qanunların təhlil edilməsi, AQTİ ilə təcrübə mübadiləsi və texniki informasiya dəstəyinin verilməsi, institut tərəfindən müəyyən edilmiş iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı məhsullarında zərərli orqanizmlər üzrə risk analizlərinin aparılması, eləcə də digər fəaliyyətlər nəzərdə tutulur. Həyata keçiriləcək layihələr çərçivəsində elmi ədəbiyyat, informasiya, texnologiya və metodologiyaların qarşılıqlı şəkildə paylaşılması və mübadiləsinın aparılması da planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.