CƏMİYYƏT


AQTİ ilə Ümumrusiya Bitki Karantini Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Federal Dövlət Büdcə Təşkilatı "Ümumrusiya Bitki Karantini Mərkəzi" arasında Anlaşma Memorandumu imzalanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Memorandumda təbii və kənd təsərrüfatı biosenozlarındakı zərərli orqanizmlərin növ müxtəlifliyinin öyrənilməsi, karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin aşkarlanması və müəyyənləşdirilməsi metodlarının işlənib hazırlanması, təkmilləşdirilməsi üçün birgə elmi-tədqiqat işlərinin aparılması əks olunub. Həmçinin orqanik məhsulların istehsalında karantin zərərli orqanizmlərə nəzarət meyarlarının və metodlarının hazırlanması və digər sahələrdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

AQTİ və "Ümumrusiya Bitki Karantini Mərkəzi" elmi-tədqiqat məlumatlarının, tədqiqat təcrübəsinin ikitərəfli mübadilə edilməsi, birgə seminar, təlim, təcrübə, konfransların təşkil olunması, eyni zamanda tədqiqat nəticələrinin birgə dərc olunması ilə əlaqədar razılığa gəliblər.

Anlaşma Memorandumu çərçivəsində tərəflər qida təhlükəsizliyi və bitki mühafizəsi sahəsində qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.