CƏMİYYƏT
AQTİ-nin əməkdaşları bəzi parazitlərə qarşı mübarizə ilə bağlı Gürcüstanın təcrübəsini öyrənəcəklər
Tbilisi, 14 mart, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları qəhvəyi mərvər taxtabitisinə qarşı mübarizə sahəsində Gürcüstanın təcrübəsini öyrənmək üçün yaxın vaxtlarda qonşu ölkəyə səfər edəcəklər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində AQTİ-nin Elmi-praktiki araşdırma və tədqiqatlar departamentinin müdiri Camal Quliyev deyib.
C.Quliyevin sözlərinə görə, hazırda Azərbaycanda qəhvəyi mərmər taxtabitisinin yayılma təhlükəsi yoxdur. Amma Gürcüstanda bu təhlükə var və biz qonşu ölkə ilə sərhəd bölgələrimizdə bu parazitlərin yayılmasının qarşısını almağa daim hazır olmalıyıq. Bunun üçün qabaqcıl təcrübəni öyrənməliyik və müvafiq tədbirlərə hazır olmalıyıq.
Gürcüstana nəzərdə tutulan səfərin əsas məqsədi də qonşu ölkənin təcrübəsini öyrənmək və qəhvəyi mərmər taxtabitisinə qarşı milli mübarizə proqramını hazırlamaqdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi