CƏMİYYƏT


AQTİ-nin regional sınaq laboratoriyaları səriştəlik proqramında yüksək nəticə göstərib

Bakı, 14 aprel, AZƏRTAC

Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin təkmilləşdirilməsilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası tərəfindən regional sınaq laboratoriyaları peşəkarlıq səviyyələrinin ölçülməsi, həmçinin bu sahədə müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi məqsədilə səriştəlilik test proqramına cəlb olunub.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, səriştəlilik testində iştirak edən Quba, Göygöl, Qax, Bərdə, Sabirabad, Tovuz və Lənkəran regional sınaq laboratoriyaları yüksək nəticə göstəriblər.

Qeyd edək ki, regional sınaq laboratoriyalarında istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir. Laboratoriyada həm insanlar, həm də heyvanlar üçün təhlükəli hesab edilən yoluxucu xəstəliklərdən olan bruselyozun ELISA müayinə, Rose-bengal sınağı (RBS), Komplementin Birləşmə Reaksiyası (KBR), Aqqlütinasiya reaksiyası (AR), həmçinin Xlamidioz xəstəliyinin ELİSA və Şmallenberq xəsətəliyinin ELİSA müayinə metollarından istifadə edilir. Bir müddət əvvəl Göygöl RSL İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilən və Hollandiya, Cənubi Afrika, Yeni Zelandiya, BƏƏ, ABŞ, Norveç, Böyük Britaniya, Braziliya, Portuqaliya, Rusiya və Avstraliya kimi ölkələrin də iştirak etdiyi səriştəlik test proqramında bruselyoz xəstəliyinin ELİSA müayinəsi və Komplementin Birləşmə Reaksiyası (KBR) və Aqqlütinasiya reaksiyası (AR) üzrə yüksək nəticə əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.