CƏMİYYƏT


AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün keçirilən təlimləri davam etdirir

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.

İnstitutun İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” MMC-nin əməkdaşlarına “Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyi” mövzusunda keçirilib.

Təlimdə qida zəncirinin mərhələləri, müəssisələrdə qida məhsulları və onların inqrediyentlərinin, ərzaq xammalının, qablaşdırma materiallarının, o cümlədən kimyəvi maddələrin (məsələn, yuyucu vasitələr, sürtkü maddələri, yanacaq və s.) saxlanma qaydaları haqqında ətraflı məlumat verilib.

Bununla yanaşı, təhlükəli maddələrin və yuyucu vasitələrin saxlanması üçün müvafiq tələblərə uyğun avadanlıqların olmasının, qida məhsullarının saxlanması və daşınması zamanı müşayiətedici sənədlərin təmin edilməsinin, həmçinin xəbərdaredici nişanlardan istifadənin vacibliyi təlim iştirakçılarının diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.